Azərbaycanda prezident seçkiləri AŞPA-da müzakirə olunacaq
Ölçü:


AŞPA-nın iyunun 25-29-da keçiriləcək yay sessiyasında Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək.

Koordinat.az xəbər verir ki, missiya rəhbərinin çıxışı sessiyanın ilk günü nəzərdə tutulub. Həmçinin yay sessiyası zamanı AŞPA yeni prezident seçəcək. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.

Gündəliyə üzv ölkələrdə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına dair müzakirələr və insan haqları müdafiəçilərinin müdafiəsi daxil edilib. Sessiyada Suriya ilə qonşu ölkələrdə qaçqınlara dair humanitar vəziyyət də müzakirə ediləcək.
06.06.2018 11:59:00
Oxuma sayı: 908