Silahdaşları kəşfiyyatçı Ülfət Kərimovun anım gününə topalşdı - FOTOLAR
Ölçü:


Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr olunmuş “El qəhrəmanı” adlı anım tədbiri keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələri, hərbi məktəblər və hərbi hissələr, Respublika Veteran Təşkilatları, ictimaiyyət nümayəndələri, müharibə veteranları, Kəlbəcərlilər, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş yoldaşları iştirak edib. Toplantıda Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin və 701 saylı hərbi hissənin veteranlar Şurasının sədri, “Qırmızı ulduz” ordenli polkovnik Əzizağa Qəni-zadənin, Kəlbəcər rayon Veteranlar Şurasının sədri, II qrup Qarabağ əlili, tədbirin təşəbbüskarı Ramiz Əliyevin, Ülfət Kərimov haqqında yazılmış kitabın müəllifi Əli Abdullayevin və qəhrəman haqqında çəkilmiş sənədli filmin müəllifi 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin Hərbi Studiyasının bədii rəhbəri vəzifəsində çalışmış, hərbi repartyor, II qrup Qarabağ əlili kapitan Nizami Abbasın, Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri polkovnik-leytenant Füzuli Rzaquliyevin, qardaşı və döyüş yoldaşı Zöhrab Kərimovun, bacısı gizir Xuraman Kərimovanın qəhrəmanın həyatı və döyüş yolu ilə bağlı məruzə, çıxış və döyüş xatirələri dinlənilmiş, ümumilikdə 1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət, 1993-cü ilin yazında Kəlbəcərdə baş vermiş hadisələr xatırlanmış, rayonun düşməndən müdafiəsi zamanı aparılan döyüşlər təhlil olunmuş, Ülfət Kərimov haqqında çəkilmiş sənədli film və sərgi nümayiş olunub.
 
Anım tədbiri Kəlbəcər məktəblilərinin kəşfiyyatçı Ülfət Kərimova həsr edilmiş şeir kompozisiyası ilə davam etdirilib.

06.06.2018 11:24:11
Oxuma sayı: 1507