Kənd təsərrüfatı ixtisaslarını seçən tələbələr 200 manat təqaüd alabilər
Ölçü:


Azərbaycan Dövlət Aqrar Universiteti abituriyentlərə maraqlı təklif edib.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, təkliflərə əsasən 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsait hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü bütün ix­­tisasları dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Uni­versitet bundan əlavə  abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

05.06.2018 17:37:00
Oxuma sayı: 253