Ermənistan xarici jurnalistləri cəbhə bölgəsinə necə aparıb? - TƏFSİLAT
Ölçü:


"Qarabağ münaqişəsi son 22 ildə beynəlxalq medianın diqqətindən kənarda qalmışdı. Lakin aprelin əvvəlində1994-cü ildə atəşkəs elan olunandan bu yana Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində ən böyük qarşıdurma baş verdi. Cəbhədə baş verənlərlə bağlı Azərbaycandan və Ermənistandan gələn informasiyalar çox fərqli di".

Koordinat.az
xəbər verir ki, məşhur "Eurasianet" nəşrində dərc olunan "Dağlıq Qarabağ: informasiya müharibəsində kim qazandı" adlı yazıda belə deyilir. Yazıda  Dağlıq Qarabağda baş verənlərlə bağlı informasiyaların xarici jurnalistlər vasitəsilə dünyaya çatdırılması üçün tərəflərin yaratdığı şəraitdən bəhs edir. Ermənistanın informasiya müharibəsində üstünlük qazana bilməsi üçün daha yaxşı təşkilatlandığı bildirilir.

Məqalədə Dağlıq Qarabağ rəhbərliyinin nümayəndələrinin gündəlik mətbuat üçün brifinq keçirmələrindən və şəhər mərkəzində bir oteldə jurnalistlərin suallarını cavablandırmalarında da bəhs olunur. Bundan əlavə, jurnalistlərin təmas xəttindən kənarda yaşayan mülki vətəndaşlarla sərbəst çəkilişlər apara bilməsi üçün şərait yaradılıbmış.

"Bir çox xarici jurnalistlər əsas şəhərə - Stepanakertə (Xankəndi) gəldikdən sonra akkreditasiyadan keçib Ermənistan vasitəsilə Dağlıq Qarabağa sərbəst keçirdilər. Orada onları tez qəbul edə bilirdilər. Yerli de-fakto hakimiyyət orqanları şəhərin mərkəzində yerləşən oteldə gündəlik mətbuat konfransı təşkil edirdi. Ermənistan İctimai TV kanalı pulsuz peyk təklif etmişdi. Həmçinin jurnalistlər üçün müharibə zonasından kənarda mülki nəqliyyat vasitələri ayrılmışdı və onlara bildirilirdi ki, jurnalistlər müstəqil səyahət edə bilər" - məqalədə deyilir.


Yazıda o da vurğulanır ki, Qarabağın de-fakto rəsmiləri hər səhər xarici jurnalistlərin qaldığı otelin qarşısına gələrək buradan onları Talış və Martuni cəbhəyanı kəndinə aparırdı.

Məqalənin Azərbaycana aid hissəsinə gəlincə, rəsmi Bakının informasiya müharibəsində xarici jurnalistlərlə çox pis işlədiyi qeyd olunur. Bildirilir ki, xüsusilə təmas xəttinə yaxın ərazilərdə KİV nümayəndələri ciddi nəzarət altında işləyib. Bir çox hallarda xarici jurnalistlərə viza verilməyib.

"Azərbaycanın 2012-ci ildə "Eurovision" müsabiqəsində və 2015-ci ildə Avropa oyunları, o cümlədən, parlaq beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində xeyli təcrübəsi var. Buna baxmayaraq, aprelin əvvəlində Qarabağda baş verən qarşıdurmalar zamanı Azərbaycan ərazilərindən hadisə barədə informasiya almaq istəyən beynəlxalq media nümayəndələri ilə davranış qeyri-peşəkar idi".
19.04.2016 23:08:41
Oxuma sayı: 728