Nazirlər Kabinetinin Aparatında vəzifəsini itirənlər - SİYAHI
Ölçü:



Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib.

Dəyişikliklərə əsasən, Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb. Struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb:
Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov;
Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov;
Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev;
Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov;
Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə;
Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev.

Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar:
Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev
Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur
Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski
Baş nazirinin köməkçisi - Natiq Əzizov
Baş nazirinin köməkçisi - Sabir Bayramov
Hüquq şöbəsinin müdiri - Günəş Vəliyeva
Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov
Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov
Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev
Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə
Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - təyinat yoxdur
Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev
Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva
Mətbuat xidmətinin rəhbəri - Akif Əli
İşlər müdiri - Süleyman Şəfiyev
04.06.2018 17:04:00
Oxuma sayı: 840