“Pepsi” və “Lays” şirkətləri Qarabağda fəaliyyətə başlayıb - FOTO
Ölçü:


İri beynəlxalq şirkətlər Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərir.
 
Koordinat.az
xəbər verir ki, bu fakt Xankəndidə keçirilən etiraz aksiyaları zamanı bir daha təsdiqini tapıb. KİV-də Xankəndidəki aksiyalarla bağlı foto və videomateriallar yayılır. Həmin fotolardan biri xüsusilə diqqət çəkir. Foto Xankəndi avtovağzalının qarşısında çəkilib. Fotodan aydın olur ki, "Pepsi” və "Lays” şirkətləri Xankəndi küçələrində öz məhsullarını reklam edir.
 
Qeyd edək ki, həm "Pepsi”, həm də "Lays” ABŞ-ın PepsiCo, Inc. şirkətinə məxsusdur. "Pepsi” və "Lays”ın Azərbaycanda nümayəndəlikləri və istehsal müəssisələri fəaliyyət göstərir. Amma PepsiCo, Inc. Azərbaycanın işğal olunmuş ərazilərində də satış şəbəkəsi qurmaqla ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik etmiş olur. İndiyədək Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən bir neçə pulköçürmə xidmətlərinin Azərbaycanda fəaliyyəti qadağan olunsa da, hələ də rəsmi Bakının tələblərinə tabe olmayan şirkətlər qalır.
 
Rəsmi Bakı PepsiCo, Inc.-in Dağlıq Qarabağdakı fəaliyyətinə hələlik münasibət bildirməyib (Bakupost).
04.06.2018 10:44:00
Oxuma sayı: 444