Kəlbəcərli təbiətsevərin müsahibəsi Londondakı nüfuzlu jurnalda
Ölçü:


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu "Baku" jurnalının ingilisdilli online versiyasında Kəlbəcər rayonunun Geştək kəndindən olan Elşad Əsgərovun geniş müsahibəsi dərc olunub.

Koordinat.az xatırladır ki, Elşad Əsgərov həm də Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktorudur. O, müsahibəsində Azərbaycan təbiətinin özəlliklərindən danışıb.

"Baku" jurnalının ingilisdilli versiyası Londonda hazırlanıb dərc olunur.

Həmçinin Leyla Əliyevanın İDEA təşkilatının dəstəyi ilə dünyaca məhşur Urs Breytenmozerlə (İsveçrə Bern şəhərində İUCN (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı) Pişikkimilər üzrə mütəxəssis qrupunun rəhbəri) birlikdə "Azərbaycanda Qırmızı kitaba düşmüş nadir növ olan Bəbirlərin (Panthera pardus) nəslinin bərpasına həsr olunmuş" kitabı dərc edilib.

Qafqaz bəbiri (Panthera pardus) pişikkimilər fəsiləsindən olan yırtıcı heyvandır. Vaxtilə geniş arealı olsa da, hazırda yalnız Naxçıvan və respublikanın Cənub bölgəsində rast gəlinir. Kəlbəcər dağlarında da rast gəlinib. Ötən əsrin 70-ci illərində Kəlbəcərin qarşı tərəfində “Donuz damı” adlanan yerdə bir fərdin öldürüldüyü barədə məlumat vardır. Kəlbəcərdə Pələngə adlanan binə yerləri mövcuddur. Həmin yerlərdə vaxtilə bəbir olması və yerin adı bu heyvanla bağlı olduğu güman olunur.

Bu heyvanın adı dilimizə fars dilindən tərs gəlib, hazırda farslar bəbirə pələng, pələgə isə bəbir deyirlər. Qədim türk dillərində adı qaplan, bars olub, hazırda Naxçıvanda da qaplan deyirlər.

Qeyd edəkki, Elşad Əsgərov 1974-cü ildə Kəlbəcər rayonu Geştək kəndində dünyaya gəlib. Kəlbəcər şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.1998-2001-ci illərdə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olub.2002-ci ildən Ümumdünya Təbiəti Mühafizə Fondunda (WWF) layihə koordinatoru kimi işlə başlayıb. Azərbaycanın nadir və nəsli tükənmək təhlükəsində olan növlərinin qorunmasına, sayının bərpasına yönəlmiş layihələrə rəhbərlik edib. Nəsli az qala tükənmiş hesab olunan Qafqaz bəbirlərinin Zəngəzur və Talış dağlarında qaldığını aşkarlayıb, ilk dəfə olaraq fotolarını əldə edib və onların qorunması üçün 15 il ərzində proqrama başçılıq edib. 2010-cu ildə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə başlanmış proqram çərçivəsində ceyranların tarixi yaşayış məskənlərinə qaytarılması layihəsinə WWF tərəfindən rəhbərlik edib.
02.06.2018 11:44:56
Oxuma sayı: 3944