Tramp: “ABŞ-ın Avropa ilə ticarət balanssızlığı barədə tədbir görülməlidir”
Ölçü:


ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti zamanı deyib ki, ABŞ-ın Avropa ilə ticarət balanssızlığı barədə tədbir görülməlidir.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb. Bildirilir ki, iki lider arasında telefon söhbəti mayın 31-də gecə saatlarında olub. İyunun 1-də Avropa İttifaqı Trampın metal idxalına qoyduğu əlavə gömrük rüsumunun qanunsuzluğu barədə Dünya Ticarət Təşkilatına rəsmi şikayət təqdim edib. Avropa İttifaqının kommersiya komissarı Cecilia Malmstrom bildirib ki, Aİ-nin ABŞ-ın yeni rüsumlarının qanunuliyini sorğu-suala çəkdiyi bir vaxtda ABŞ-la danışıqlar mümkünsüzdür. Avropa İttifaqı rəsmiləri bunu da deyirlər ki, yaxın həftələrdə ABŞ-ın metal rüsumlarına qarşı əks-tədbirlər elan olunacaq.

İyunun 1-də Tramp deyib ki, Kanada ABŞ-a qarşı məhdudlaşdırıcı pratikadan istifadə edir: “Kanada bizim aqrar bizneslərimiz və fermerlərimizlə uzun müddət çox pis rəftar edib. Ticarətə çox böyük məhdudiyyət qoyulub! Onlar öz bazarlarlını açmalıdırlar və ticarət baryerlərini qaldırmalıdırlar!”

Vaşiqnton mayın 31-də bəyan edib ki, iki aylıq istisna müddətinin bitməsi ilə bağlı Kanada, Meksika və Avropa İttifaqından alüminium və polad idxalına yeni gömrük rüsumlarının tətbiqinə başlayır.

Bir çox ekspertlərin fikrincə Vaşinqtonun bu qərarı ABŞ və onun əsas müttəfiqləri arasında ticarət müharibəsinə yol açacaq. ABŞ kommersiya naziri Vilbur Ross deyib ki, iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan idxal olunan polada 25, alüminiuma isə 10 faizlik əlavə rüsum qoyulacaq.
01.06.2018 20:00:44
Oxuma sayı: 676