Gürcüstan prezidenti etirazçılarla görüşə gəldi
Ölçü:


Tbilisidə hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Koordinat.az xəbər verir ki, aksiyaya Tbilisi məhkəməsinin qətl hadisəsi ilə bağlı verdiyi qərar səbəb olub. Qeyd olunur ki, ötən gün məhkəmə qətldə şübhəli bilinənlərə bəraət verdikdən sonra sakinlər prokurorluq qarşısında aksiyaya başlayıb. Nəticədə ölkənin baş prokuroru istefa verib.
Hazırda Gürcüstan prezidenti Georgi Marqvelaşvili etirazçılarla görüşüb. Məlumata əsasən, G.Marqvelaşvili etirazçıların tələblərini dinləyib.

01.06.2018 13:12:00
Oxuma sayı: 396