Ödəmə terminalları 200 manatlıq əskinasları da qəbul edəcək
Ölçü:


Ödəmə terminallarının quraşdırılması və servis mərkəzləri terminalları yeni, 200 manatlıq əsginasların qəbulu üçün uyğunlaşdırır.

“MilliÖN” şirkətindən Koordinat.az-a bildiriblər ki, bu sahədə şirkət tərəfindən aparılan işlər terminalların proqram təminatının yenilənməsini nəzərdə tutur. Belə ki, “eManat” terminallarının sahibi “Modenis” şirkəti bildirib ki, uyğunlaşdırma prosesi yaxın zamanlarda başlayacaq, 200 manatlıq əsginasların qəbulu funksiyası isə yeni pullar dövriyyəyə çıxarılan kimi işə düşəcək.

Öz növbəsində “AzeriCard” prosessinq mərkəzindən bildiriblər ki, yeni əsginasların bankomatlarda verilməsi və qəbulu prosesi texniki cəhətdən təmin olunub.

31.05.2018 17:54:00
Oxuma sayı: 137