Əsgərimizin meyiti Ermənistanla sərhəddə qalıb
Ölçü:



Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən,  05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Bu haqda Koordinat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
23.11.2017 17:51:00
Oxuma sayı: 1350