Paşinyan Gürcüstanın baş naziri ilə görüşüb
Ölçü:


Gürcüstana rəsmi səfəri başlayan Nikol Paşinyan Tbilisidə baş nazir Georgi Kvirikaşvili ilə görüşüb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyanı səfərdə baş nazirin müavini Tiqran Avinyan, müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan müşaiyət edir.

Paşinyanın prezident Georgi Marqveşavili və spiker İrakli Kobaxidze ilə görüşəcəyi də bildirilir. Sabah o, ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsinə də səfər edəcək.

 
30.05.2018 12:04:00
Oxuma sayı: 1342