OPEK-in baş katibi: “Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək"
Ölçü:


“Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib”.

Koordinat.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.
O, mart ayında Bakıya səfərini xatırladaraq Azərbaycanla əməkdaşlığın əhəmiyyətindən danışıb: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub”.

Baş katib Azərbaycanın neft hasilatının beşiyi olduğunu, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, “Şahdəniz” yatağının əhəmyyətini qeyd edib: “Şahdəniz 2” layihəsi ən iri enerji layihələrindən biridir. Bu həm ölkənin neft- qaz sektoruna, həmçinin dünyaya töhfə verəcək. Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək”.

Baş katib çıxışında OPEC+ formatında əməkdaşlığın əhəmiyyətini də qeyd edərək bütün hasilatçı ölkələri bu formata qoşulmağa çağırıb: “OPEC-ə üzv və qyeri-üzv ölkələrin əməkdaşlığının qlobal iqtisadiyyata töhfəsi danılmazdır”.
30.05.2018 10:36:00
Oxuma sayı: 3284