Buraxılış imtahanlarının vaxtı açıqlandı - SİYAHI
Ölçü:


Bölgələr üzrə ümumi və tam orta təhsil bazasında (9-cu və 11-ci sinif) buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018- ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

21.06.2018 Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası

27.06.2018 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran

03.07.2018
Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı

10.07.2018
Əvvəlki illərin məzunları və eksternat

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2:
Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21-də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyulun 3-də keçiriləcək.
30.05.2018 10:27:00
Oxuma sayı: 964