Abituriyentlərin 9.8 faizi 500-700 arası bal toplayıb
Ölçü:


2018/2019 -cu tədris ili üçün ali məktəblərə qəbul üzrə yaz imtahanlarının bəzi statistik nəticələr açıqlanıb.

Koordinat.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı məlumatlara əsasən bəzi statistik təhlillər aparıb. Ekspert bildirib ki, ümumilikdə I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb.

I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb.

II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.

III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb.

IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.

2018-2019 - cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticə, 700 bal toplayıb.
29.05.2018 10:28:00
Oxuma sayı: 1345