Paşinyan oğlunu Qarabağda hərbi xidmətə göndərir - erməni baş nazirdən çağırış
Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Facebook" səhifəsindən canlı yayıma qoşulan Nikol Paşinyanın bildirib ki, martın 18-də oğlu Aşotun 18 yaşı tamam olub və o, növbəti hərbi çağırışın başlanması ilə müəyyən olunmuş qaydada müddətli xidmət üçün ordu sıralarına çağırılacaq.
Aşot Paşinyan qeyd edib ki, o, Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazıb.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bununla yanaşı, Ermənistandan qaçan bütün hərbi mükəlləfiyyətli gəncləri hərbi borcunu yerinə yetirmək üçün ölkəyə çağırıb. O, həmin gənclərə təminat verib ki, könüllü qərarı ilə hərbi xidmət keçmək üçün geri qayıdan çağırış yaşlı gənclərə qarşı hər hansı cəza tədbiri görülməyəcək.
27.05.2018 10:44:05
Oxuma sayı: 1045