Elmə həsr olunan ömür - professor Sakit Hüseynovun 70 illiyinə təbrik sözü
Ölçü:


Təvazökarlıqdan kənar olmasın, məni tanıyanlar, “yazı-pozu” işini müəyyən qədər bacardığımı, hətta bəzən çoxlarından daha yaxşı bacardığımı bildirirlər. Amma, Sakit müəllim haqqında bu yazını olduqca tərəddüd etdikdən və günlərlə düşündükdən sonra yazmağa qərar verdim. Dəfələrlə yazını başladım, sonra bəyənməyib sildim və yenidən nəhayət, qərara gəldim ki, nə isə yazmalıyam. Sakit müəllimlə, qısa bir vaxtda ünsiyyətdə olan bir adamın belə, onun haqqında müəyyən fikirləri formalaşır və yazmamağa isə mənəvi haqqı yoxdur.

Bütün bu tərəddüdlərin isə bir səbəbi var. Fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovu, ömrünü bütünlüklə Azərbaycan elminin inkişafına həsr edən Sakit müəllimi, daim istedadlı gənclərin yanında olan, onların yoluna nur saçan bir ziyalını və nəhayət bir Sakit babanı olduğu kimi xarakterizə edə biləcək, onu qisməndə olsa, təsvir edəcək söz tapmaqda çətinlik çəkirdim. Elə tərəddüdlərlə də, bu yazını qələmə almağa başladım. Yuxarıda qeyd etdiyim kimi, Sakit müəl¬limi çox yaxın¬dan tanıyan biri kimi, yazıda da müxtəlif aspektlərdən yanaşmağı daha zəruri he¬sab edirəm.  
Mən, ilk dəfə, Sakit Hüseynovu Universitetin fəlsəfə müəllimi kimi tanıdığım üçün, elə bura-dan da başlamaq istərdim. Görkəmli alman pedaqoqu A.Disterveq öz əsərlərində qeyd edir ki: “pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim onu tapmağı öyrədir”. Təsadüfü deyil-dir ki, xalq arasında da belə bir deyim formalaşıb: "müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Bu məsələyə alman filosofu İ.Hötenin müna¬sibəti isə belə idi: "Kimlərdən biz öyrəniriksə düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, la¬kin hər öyrədən bu ada layiq deyil. Bu ada layiq olmaq üçün ...təhsildə kamilliyə çatmaq la¬zımdır". Bu gün, mən tam əmin¬liklə deyə bilə¬rəm ki, yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər, vətənini, xalqını, millətini sevən əsl vətəndaş, xeyirxah bir insan kimi for¬ma¬laş¬masında əvəzsiz xidmətləri olan Sakit müəllim, məhz “təhsildə kamilliyə catan”, oz sa¬həsinə dərindən bələd olan elə bir alimdir ki, “...on¬dan öyrənirlər”. Əlbəttə, etiraf edək ki, Sakit Hüseynov kimi müəllimlər, tələbələr üçün “göydəndüşmə” olur və yüksək insani keyfiyyətlərə malik güclü gənclik də, məhz belə müəllim-lərin sayəsində formalaşır ki, bu da, elə güclü dövlət deməkdir. Təsadüfi deyildir ki, Alman kans-leri O.Bismark  Almaniyanın  möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prus¬si¬ya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi: “Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi”. Bütün bunlarla yanaşı, Sakit müəllim, həm də özünün elmi tədqiqatları, əsərləri ilə, nəinki Azərbaycanda, eyni zamanda  Türkiyə, İran və MDB məkanında da olduqca tanınmış, qəbul edilən bir filosof alimdir.   

Azərbaycan Respublikasında davamlı inkişaf və məişət ekologiyası problemlərinin ilk tədqiqatçısı, eləcə də respublikamızda “Davamlı İnsan İnkişafı Konsepsiyası”nın banisi olan S.Hüseynov 5 monoqrafiyanın, 20-dən çox metodvəsaitin və büroşuranın, eləcə də müxtəlif yerli və xarici elmi jurnallarda çap olunmuş 150-yə ya¬xın məqalənin müəllifidir. Aydındır ki, hər bir in¬sanı tanımaq üçün əsas onun əməlləridir. Alim üçün isə həm də onun əsərləridir. Sakit Hüseynovun elmi əsərləri ilə tanış olduqda onun geniş bilik və dünya görüşünə, zəngin elmi məlumatlara, iti hafizəyə, müstəqil fikir və cəsarətli mühakimələr yürütməyə qadir olan istedadlı bir alim, yaradıcı bir insan olması qənaətinə gəlirsən.

Qeyd edildiyi kimi, S.Hüseynovu digər insanlardan fərq-ləndirən əsas xüsusiyyətlərdən biri də onun, daimi gənclərə xeyirli məsləhətlər verməsi, on¬ları həyata vətənpərvər, geniş dünya görüşünə yiyələnmiş, yüksək intellektual səviyyəyə malik, savadlı bir insan kimi istiqamətləndirməsi və sanki bu işdən xüsusi zövq almasındadır. Bu böyük insan bütün gənclərin öz ixtisasını, kompüteri və Azərbaycan tari¬xi¬ni dərindən bilməsinin vacib¬liyini, xüsusilə qeyd edir və gənc tədqiqatçılardan, ilk növbədə bunu tələb edir.  

S.Hüseynovun məsləhətlərinə qulaq asdıqda, onunla ünsiyyətdə olduqda adam¬da ruh yük¬sək-li¬yi yaranır, daha da mübarizləşir və adama elə gəlir ki, həyatda insanın həll edə bilməyəcəyi heç bir problem mövcud deyil¬dir, hər şey insanın öz əlində, onun savadlı, müasir, prin¬si¬pial, zəh¬mət-keş və mübariz olmasından asılıdır. Azərbaycan tarixinə çox yaxından bələd olan Sakit müəllimin söhbətlərinə qulaq as¬dıq¬da, sanki bir anlığa onun filosof de¬yil, tarixçi, bioloq, filoloq və s. sa¬¬hə-lərin tədqiqatçısı olduğu qənaətinə gəlirsən. Bütün bunlar isə Hüseynovun zəngin dünya gö¬rü-şünün və dərin biliyinin nəticəsidir. Hal-hazırda da, həftənin 2-3 gü¬nü¬nü Axundov adına kitab¬xa-nada müxtəlif elmi axtarış¬la¬ra, yeniliklərin öyrənilməsinə sərf edən Sakit Hüseynovun bir çox gənc¬lərin çevik tədqi¬qat¬çı, əsl alim və ən əsası vətənpərvər bir insan kimi yetişməsində xüsusi zəhmətləri olmuşdur. İştirak etdiyi bütün tədbirlərdə, yaşından asılı olmayaraq hər zaman öz dav-ranışı, elit mədəniyyəti və yüksək dünya görüşü ilə fərqlənən, sayılıb-seçilən bu alimin hörməti, artıq Azərbaycanın sərhədlərini aşıb keçmişdir. Müxtəlif istiqamətlərdə elmi araşdırmalar aparan Iran, Pakis¬tan, Türk və s. ölkələrin vətəndaşlarına elmi rəhbərlik edən, məsləhətlər verən, öz vaxtına heç bir xəsislik etmədən onlara tədqiqatçı kimi yetişməyin yollarını öyrədən Sakit Hüseynov bir filosof, ustad (xaricdə onu belə çağırırlar) və bir insan kimi bu ölkələrdə də xüsusi hörmətə malikdir. Hətta fəlsəfə sahəsini seçməyən gənclər belə, Sakit müəllimlə məsləhətləşir, elmi tədqiqat aparmağın sirlərini ondan öyrənirlər.

Məhz çalışqanlığın, elmin sirlərinə yaxından yiyələnməyin, daimi elmi axtarış¬da olmağın, zəh-mətə qatlaşmağı bacarmağın, müasir fəlsəfəyə dərindən yiyələnməyin və vətəninə-millətinə hədsiz sevginin nəticəsidir ki, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun vətənpərvərlik, yoxsulluğun azaldılması və davamlı inkişaf, eko¬loji problemlər, məişət ekologiyası və s. sahələrdə yazdığı 50-yə yaxın elmi əsərlər dünyanın müxtəlif nüfuzlu elmi nəşrlərində dərc edilmiş və bir çoxu müəyyən təltiflərə layiq görülmüşdür. Məsələn, Almaniyada yerləşən “Nizami” adına Institutun Fəxri Fərmanı, Dünya Bankı tərəfindən “Yoxsulluğun aradan qaldırılması və davamlı in¬ki¬şafın təmin edilməsi” istiqamətində aparılan elmi-tədqiqatlara görə verilmiş Fəxri Fərman və Diplom və s. məhz S.Hüseynovun elmi araşdırmalarına verilən qiymətin kiçik bir nümunəsidir.

 Yeri gəlmişkən, Iran Islam Respublikasında 2008-ci ilin 23-27 aprel tarixlərində “Məşğulluğun təmin edil-məsi və yoxsulluğun aradan qaldırılması” mövzusunda keçirilən və ümumilikdə 250-dən çox elmi məqalənin dinlənildiyi Beynəlxalq konfransda da “Qızıl medala” layiq görülən beş  məqalədən biri xalqımızın vətənpərvər oğlu, böyük filosof Sakit Hüseynovun məqaləsi idi. Bü¬tün bunlar, Sakit müəllimlə qürur duymağa, bu böyük insanla fəxr etməyə tam əsas verir.

Yüksək elmi göstəriciləri və insani xüsusiyyətləri ilə yanaşı, Sakit Hüseynov, həm də qayğıkeş bir babadır. Onu tanıyanlar, tərəddüdsüz təsdiq edərlər ki, bu insan sanki nəvələri ilə nəfəs alır. Onların ən xırda bir nasazlığı Sakit müəllimi ciddi şəkildə pərişan edir. Sakit baba, “hamısı birlikdə bir normal dövşan çəkisində də olmayan” nəvələrini “Mənim pələnglərim” deyə çağırır. Əslində isə, uşaqlar Sakit babanın yanında özlərini “ən güclü”, “toxunulmaz” hesab edə¬rək “pələngə”, biz valideynlər isə “dövşan”a çevrilirik. Başqa sözlə desək, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran Sakit baba nəvələrinin də dərin məhəbbətini qazanmışdır.
 
Bu yerdə televiziyadan izlədiyim bir görüntü yadıma düşdü: Nəvə babasından soruşur ki, “Baba, sən nə vaxt ölə¬cəksən?”. Baba cavab verir ki, “Sən öləndən sonra”. Bu cavabdan hirslə¬nən nənə babanın üzərinə yeriyir. Baba isə, səbrlə nənəyə izah edir ki, nə qədər ki, bu nəvələr yaşayır bizi öz qəlblərində, xatirələrində yaşadacaqlar, onlardan sonra isə bizim yaşamağımız olduqca az ehtimallıdır. Əlbəttə, bu, normalda başadüşülən və qəbul edilən bir məsələdir. Amma, Sakit babanın həyat amalı, bütün insanlara, xüsusilə doğmalarına qarşı diqqət və qayğısı belə deməyə əsas verir ki, o, nəinki nəvələrinin, hətta nəvələrinin nəvələrinində qəlbində yaşayaraq, əbədiyaşar bir insana çevriləcəkdir. Bunu isə, məhz indiki yüksəkliyi ilə qazanmışdır. Çox sağ ol Sakit baba, biz səni çox istəyirik, dünya durduqca var olasan (nəvələrin).

May ayında əsl alim, gözəl insan, məzmunlu və dərin fəlsəfi elmi əsərləri, xeyirxah elmi məslə-hətləri ilə saysız-hesabsız insanın qəlbində özünə yer tapan, hələ gənc yaşlarından ağsaq¬qallıq yükünü məsuliyyət və şərəflə daşımağı bacaran, vətənini və mil¬lətini hər şeydən uca tutan, nəvələrinin və doğmalarının sevimlisi olan, öz dəyərəli məsləhətləri ilə xüsusi rəğbət qazanan Sakit Hüseynovun 70 illik yubileyidir. Düzdür, Sakit müəllimin elmi tədqiqata olan həvəsi, bacarığı, cəsarətliliyi, elmi prinsipiallığı, zəhmətkeşliyi və daim yeni¬lik¬ləri öyrənmək istəyi 25-30 yaşa, daha çox uyğundur. Ancaq elmi əsərləri, tədqiqatları ilə tanış olduqda, adama elə gəlir ki, Sakit müəllim yarım əsrdir ki, bu dünyada yazıb-yaradır. Böyük alim-filosof Sakit Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, elmi işlə¬rin¬də və şəxsi həyatında yeni-yeni uğurlar arzu edirik. Sakit baba, allah sənə can sağlığı versin, bizimlə doyunca oynamağa vaxtın, həvəsin və yüksək əhval-ruhiyyən olsun (nəvələrin)!!!.
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru,
professor İslam MUSTAFAYEV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə
 müdiri, dosent Aqil ƏSƏDOV


25.05.2018 10:44:00
Oxuma sayı: 1033