Təhsil Şöbəsinin müdiri direktorun polisə verdiyi müəllimi dəstəklədi
Ölçü:


Sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilib.

Koordinat.az xəbər verir ki, səbəb kimi müəllimin şagirdləri Bakıya ekskursiyaya aparmaq istəyi göstərilib.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimova bu məsələdə müəllimi dəstəkləyib. O, Modern.az-a açıqlamasında deyib: "Həbib müəllimə şərait yaradılacaq və şagirdləri Bakı şəhərinə aparacaq. Məktəbin direktoru Ziyafəddin Cavadov və müəllim Həbib Əlizadə  arasında yaranan yüngülvarı problem uşaqların təhlükəsizliyi üstündə yaranıb. Direktor 30 uşağın kənddən çıxarılması, gün ərzində 3 dəfə qidalanması, nəqliyyat məsələlərində problem yaranması kimi məsələlərdən ehtiyat edib. Artıq problem həll olunub”.

Aslan İbrahimov həm müəllimi, həm də direktoru dəstəklədiklərini bildirib: “Təhsil şöbəsinin müdiri olaraq həm müəllimə, həm də direktora dəstək veririk. Biz təhsilmizin, qabaqcıl müəllimin arxasındayıq. Direktor Ziyafəddin Cavadov 2 il bundan qabaq direktorların imtahanında iştirak edərək 60 mümkün baldan 51 bal toplayıb. Hər ikisi savadlı gənclərdir”.
24.05.2018 11:13:00
Oxuma sayı: 371