Fəlsəfə İnstitutunun əməkdaşları məktəblilər qarşısında cümhuriyyət tarixindən danışılar - FOTOLAR
Ölçü:


Mayın 22-də Bakının Xətai rayonundakı 249 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə tədbir keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun "Davamlı inkişafın fəlsəfəsi" şöbəsinin əməkdaşları çıxış ediblər. Məktəbin direktoru,  fizika üzrə fəlsəfə doktoru Nizami Bayramov tədbiri açıq elan edərək AXC-nin tarixi haqqında məlumat verib.

Sonra AMEA Fəlsəfə İnstitutunun "Davamlı inkişafın fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynov "Azərbaycan Xalq Cümhuriyyəti: müasirlik və varislik" mövzusunda çıxış edib. O, AXC-nin İslam Şərqində ilk demokratik respublika olduğunu qeyd etmiş və AXC-nin xalqımızın qürur mənbəyi kimi şərh etdib.

Sakit Hüseynov cəmi 23 ay yaşayan AXC-nin hərbi, siyasi, və təhsil sahəsində həyata keçirdiyi əhəmiyyətli qərarları şagird və müəllimlərin nəzərinə çatdırıb.

Bundan sonra Fəlsəfə İnstitutunun əməkdaşı, böyük elmi işçi Şöhlət Zeynalov həmin dövrdə "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasəti" mövzusunda çıxış edib.  Fəlsəfə İnstitutunun kiçik elmi işçisi Hafizə İmanova isə "AXC-nin dünya arenasında tanıtımında M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Fətəli xan Xoylu və Nəsib bəy Yusifbəyli və başqalarının fəaliyyəti" mövzusunda məruzə edib.

Məruzələrdən sonra şagirdlər onları maraqlandıran suallarla məruzəçilərə müraciət ediblər.

Tədbir qarşılıqlı müzakirələrlə sona çatıb.

23.05.2018 16:03:56
Oxuma sayı: 1345