Qaydaları pozan abituriyentlərə sərt cəza: yay imtahanlarına buraxılmayacaqlar!
Ölçü:


“Yaz imtahanlarında  başqasının yerinə imtahan verməyə cəhd edənlər, imtahan zalına mobil telefonla daxil olmaq istəyənlər, ümumilikdə imtahan qaydalarını pozanlar yay imtahanlarına buraxılmayacaq”.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O, abituriyentləri nizam-intizam qaydalarına əməl etməyə çağırıb.

“Təəssüf ki, abituriyentlər arasında imtahanlara məsuliyyətsiz yanaşanlar var. Nizam-intizama riayət etmək lazımdır. Bunlar vacib məsələlərdir”.

Qeyd edək ki, həm 13 may, həm də 20 may tarixində keçirlmiş qəbul imtahanlarında xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirmiş, imtahanın gedişi zamanı köçürməyə cəhd etmiş, imtahan qaydalarına zidd hərəkətlərə yol vermişdilər. Həmin abituriyentlər imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdi.
 
22.05.2018 16:41:00
Oxuma sayı: 753