Ödəmə terminalları pulun qalığını qaytaracaq – Yenilik
Ölçü:


“Modenis” şirkətinin “eManat” ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.

Koordinat.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq: “Məsələn, əgər müştəri ödəniş etdikdən sonra ona 0,80 manat qaytarılmalıdırsa, bu məbləği o promo-kod şəklində alır. Daha sonra bu kodu “eManat” terminallarında digər xidmətlərin ödənişi üçün istifadə edə bilər. Terminallarda ödənişi promo-kod vasitəsilə həyata keçirmək üçün müvafiq bölmə olacaq. İlk mərhələdə promo-kodları dövlət ödəmələri və sığorta xidmətləri üçün əldə etmək olacaq. Daha sonra digər xidmətlər də promo-kod təqdim edəcək. Promo-kod vasitəsilə ödənişlər artıq bu yay təqdim olunacaq”.
21.05.2018 15:47:00
Oxuma sayı: 2983