Bakıdakı kafedə  partlayış - 2 nəfər ölüb
Ölçü:


Bakıda kafedə partlayış olub.

Koordinat.az
xəbər verir ki, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbaut xidmətinin rəhbəri İbrahim Kərbalayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib. İ.Kərbalayev bildirib ki, hadisənin qaz sızmasından baş verməsi məlumatı həqiqəti əks etdirmir: “Orada təbii qaz xətti yoxdur. Ərazidə təbii qazdan partlayış baş verməyib”.

Əlavə məlumat veriləcək.
 
21.05.2018 15:53:00
Oxuma sayı: 568