Nazirlik Rəşad Mahmudovun vəzifəsini niyə gizlədir? - FOTOFAKT
Ölçü:


Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudovun işdən çıxarılması ilə bağlı xəbərə Səhiyyə nazirliyi tərəfindən reaksiya verilib.

Koordinat.az-ın məlumatına görə nazirlikdən bildirilib ki, Rəşad Mahmudov heç vaxt Bakı Ürək Mərkəzində rəhbər vəzifəsində çalışmayıb. Mərkəzin mətbuat xidmətinin rəhbəri Səadət Hənifəyeva unikal.org-a açıqlamasında: "Rəşad Mahmudov "Bakı Ürək Mərkəzi” yaradıldığı gündən ürək-damar cərrahı kimi fəaliyət göstərib. Onunla bərabər digər həkimlər də burada çalışıb. Hazırda da onlar mərkəzdə fəaliyətlərini davam etdirirlər. Sadəcə Rəşad Mahmudovun Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitdiyinə görə, qanunvericiliyə uyğun olaraq əməkdaşlığa xitam verilib. Bu səbəbdən o, artıq bizdə çalışmır” deyə qeyd edib.

Xəbərlə bağlı BakuPost yenidən Rəşad Mahmudovla əlaqə saxlayıb. Məlum olub ki, məşhur cərrah Bakı Ürək Mərkəzində Elmi, Tədqiqat və Tibbi işlər üzrə  müavin vəzifəsini daşıyıb. Baxmayaraq ki, Rəşad Mahmudovun rəsmi vəzifəsi budur.O, mərkəzin qurucusu və rəhbəri kimi tanınıb. Hətta mərkəzin açılışında İlham Əliyevi nazirlə birgə Rəşad Mahmudov qarşılayıb.
19.05.2018 15:12:00
Oxuma sayı: 3037