Nazirdən əlillərlə bağlı mühüm tapşırıq - görüşdən FOTO
Ölçü:


Əmək və əhalinin soasial müdafiəsi naziri Sahil Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bərpa müalicəsinə cəlb olunan hər bir şəxsə yüksək diqqət və qayğı ilə yanaşılması barədə konkret tapşırıqlar verib.

Nazirlikdən Koordinat.az-a bildirilib ki, S.babayeva Respublika Əlillərin Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında olub və burada bərpa müalicə kursu keçən vətəndaşlarla görüşərək, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib.

Respublika Əlillərin Bərpa Mərkəzinə gələn S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə yaxından tanış olub.

Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib.

S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexi yaradılır. S.Babayev Mərkəzə gələrək, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması işlərini nəzərdən keçirib.

Sexdə müasir tələblərə uyğun şərait yaradılmaqla, dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar alınaraq quraşdırılıb. Hazırda sexin yaradılması işləri artıq tamamlanmaq üzrədir. Nazir Mərkəzin istehsal sahəsi, burada protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin hazırlanması prosesi ilə yaxından tanış olub, müvafiq tapşırıqlar verib.

S.Babayev Nazirliyin Mərdəkan Müalicə Pansionatında olarkən müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işlərinin daha keyfiyyətlə yerinə yetirilməsini, əlilliyi olan insanlar üçün müasir standartlar səviyyəsində reabilitasiya şəraitinin yaradılmasını tapşırıb.
19.05.2018 14:52:00
Oxuma sayı: 3221