20 min müəllimdən 13 min nəfərin ərizəsi təsdiqlənib
Ölçü:


Müəllimlərin diaqnostik qiymətləndirməsinə mayın 26-dan etibarən başlanılacaq.

Koordinat.az-ın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak üçün 20 minə yaxın müəllimin elektron ərizəsi qəbul edilib. 13 000-ə yaxın müəllimin elektron ərizəsi təsdiq edilib, digərləri isə baxılma mərhələsindədir.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu may ayının 3-dən 11-nə kimi aparılıb. Əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.

2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.
18.05.2018 16:08:00
Oxuma sayı: 802