Ülkər Musazadə Dövlət Agentliyinə mətbuat katibi təyin edildi
Ölçü:


Tanınmış siyasi yazar Ülkər Musazadə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə mətbuat katibi təyin olunub.

Dövlət Agentliyindən Koordinat.az-a verilən məlumatda belə deyilir.

Xatırladaq ki, Ülkər Musazadə indiyədək diaspora, lobbiçilik, Dağlıq Qarabağ məsələsi, Azərbaycan iqtisadiyyatı, alternativ enerji və qeyri neft sektorunun inkişafı və digər önəmli məsələlərlə bağlı beynəlxalq mətbuatda yazılarla çıxış edib. O, Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Ölkə daxili və xarici bir sıra nüfuzlu nəşrlərdə çalışıb. Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sədri vəzifəsində çalışıb.

Voicepress.az Beynəlxalq İnformasiya Bürosunun təsisçisi və baş redaktorudur. Pakistan Azərbaycan Media forumunun rəhbəri, “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adlı könüllü jurnalistlərdən ibarət layihənin təşəbbüskarıdır.
Parlament Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Pulun qanlı dodaqları” detektiv romanı və “ Uzun yol” şeirlər toplusunun müəllifidir.
Qeyd edək ki, Ülkər Musazadə 01.11.2015 ci il tarixində keçirilən Parlament seçkilərində 33 saylı Xətai rayonu birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olmuşdu. 
17.05.2018 16:44:40
Oxuma sayı: 707