Paşinyan: "Yalnız Qarabağ məsələsinə görə bunu edərəm”
Ölçü:


Ermənistanın yeni baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanla görüşəcəyini bildirib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənisatan mətbuatı məlumat yayıb. Bildirilir Paşinyan jurnalistələ açıqlamasında Qarabağ məsələsinə görə Sarkisyanla görüşdən çəkinmədiyini deyib:“Mən Serj Sarkisyanla görüşə bilərəm. Bunu yalnız Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün edərəm”.

Paşinyan ölkədə siyasi məhbus probleminin mövcud olduğunu da etiraf edib. O bu sahədə ciddi müzakirələrin olmasına ehtiyac duyulduğunu deyib.
17.05.2018 14:09:00
Oxuma sayı: 962