Daha bir ana ölümü - Bu dəfə Gəncədə
Ölçü:


Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.

Koordinat.az xəbər verir ki, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumata görə, bu, Gülmirə Eyyubovanın 3-cü övladı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır (APA).
22.11.2017 13:29:00
Oxuma sayı: 160