Alpinistlərin meyiti ailələrinə verildi
Ölçü:


2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti ailələrinə təhvil verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, cəsədləri tapılmış alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyi tərəfindən dərhal komissiya yaradılıb. Həmin komissiyaya Quba rayon şöbəsi ekspertizanın rəhbəri Çingiz İsgəndərov, Xaçmaz rayon ekspertizanın rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon ekspertizanın şöbə rəisi Nizami Qasımov rəhbərlik edib. Onlar istintaq araşdırma axtarış qrupu ilə birlikdə gecə saatlarında Xınalıqda olub. Cəsədlər Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib və laborator müayinələr aparılıb. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayionələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba rayon Prokrorluğuna veriləcək”.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. 
17.05.2018 09:46:00
Oxuma sayı: 39