AŞPA-nın sanksiyası ilə üzləşən Səməd Seyidov: “Çox təəssüflər olsun ki..."
Ölçü:


“AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistana layiqli cavab verir: “Ermənistan və onların ətrafında olan qüvvələr müxtəlif taktikalardan istifadə edirlər. Bütün bu addımlar Dağlıq Qarabağa görədir. Amma onlar istəklərinə nail ola bilməyəcəklər”.

Səməd Seyidov qeyd edib ki, Avropa Şurası dəyişəcək. O, buna əminliyini ifadə edib: “Biz Avropa Şurasına daxil olarkən ümumbəşəri dəyərləri seçmişdik. Çox təəssüflər olsun ki, onlar təzyiq üsuluna əl atırlar. Biz o qurumda bundan sonra da təmsil olunacağıq, fəaliyyət göstərəcək”.

Qeyd edək ki, AŞPA Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq.
 
16.05.2018 17:03:00
Oxuma sayı: 462