Səməd Seyidov AŞPA-nın ona sanksiya tətbiq etdiyini təsdiqlədi
Ölçü:


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA tərəfindən ona qarşı sanksiya tətbiq edilməsi ilə bağlı  yayılan məlumatlarla əlaqədar mətbuat konfransı keçirir.

Koordinat.az
xəbər verir ki, Səməd Seyidov konfransdakı çıxışında Azərbyacanın AŞPA-nın müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq etdiyini və bundan sonra da həmin siyasətə davam edəcəyini bildirib: "Ancaq dünənki qərar növbəti ikili standartlarla dolu yanaşmadır. Dünən həmin komitədə bir neçə üzv və mən sanksiyalarla üzləşmişik. Bu birinci dəfə deyil. Bu sanksiyaların tətbiqinə yazılı məktubumda qiymət vermişəm. Məktubda da qeyd etmişəm ki, bunun heç bir əsası yoxdur və Azərbaycana qarşı olan qərəzli münasibətdir"
16.05.2018 16:45:40
Oxuma sayı: 171