Qvatemala da Qüdsdə səfirlik açdı
Ölçü:


Qüdsdə ABŞ-dan sonra daha bir səfirliyin açılış mərasimi baş tutub.

Koordinat.az 
xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, Qvatemala da ABŞ-dan sonra öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Açılışda Qvatemala prezidenti Cimmi Morales və İsrail baş naziri Binyamin Netanyahu iştirak edib. Səfirlik Qüdsün qərbində ofis kompleksində yerləşib.

Qeyd edək ki, mayın 14-də ABŞ Təl-Əvivdə yerləşən səfirliyini Qüdsə keçirib. Bununla əlaqədar Qəzza zolağında gərginlik artıb. Bu hadisəyə etiraz edən fələstinlilərə qarşı İsrail ordusu silah işlədib. Hadisə nəticəsində 61 fələstinli həyatını itirib, 2 mindən çox yaralı var. Fələstin lideri Mahmud Abbas 3 günlük matəm elan edib.

 
16.05.2018 12:56:00
Oxuma sayı: 147