İsrailin İstanbuldakı konsulu Türkiyədən çıxarıldı
Ölçü:


İsrailin İstanbuldakı baş konsulu Yosef Levi Sfari Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Koordinat.az xəbər verir ki,  “Anadolu ajansı”n yaydığı məlumata görə, baş konsuldan bir müddətə öz ölkəsinə qayıtmaq tələb edilib. Baş konsulun ölkədən çıxarılmasının əsas səbəbi kimi Qəzza zolağında baş vermiş gərginlik və fələstinlilərin İsrail əsgərləri tərəfindən qətl edilməsi göstərilib.

Yayılan məlumatlara görə, Türkiyənin bu addımı Qüdsdəki baş konsul Gürcan Türkoğlunun İsrail  Xarici İşlər Nazirliyinə çağırılaraq Türkiyəyə qayıtmağı tələb olunması ilə bağlı olub.

İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyəni tərk edib.

Türkiyə dünən İsrailin  Ankaradakı səfiri İtan Nehi də ölkədən çıxarıb. Bundan əlavə Türkiyə həmçinin Vaşinqtonqadkı və Təl-əvivdəki səfirlərini məsləhətləşmələr üçün ölkəyə çağırıb.

 
16.05.2018 13:12:57
Oxuma sayı: 167