Ermənilər Ağdərədə çoxlu itki verdiklərini etiraf edir - FOTOLAR
Ölçü:



Azadlıq Radiosunun Ermənistan bürosu Ağdərədəki xəstəxanadan görüntülər yayıb. 

Koordinat.az xəbər verir ki, video kardlarda təcili yardım maşınlarının bir-birinin ardınca xəstəxanaya yaralı və meyit daşıdğı görünür. Erməni rəsmiləri onlarla itki verdiklərini etiraf etməsələr də, kadrlarda meyitlərin hətta hərbi maşınlarla belə xəstəxanaya daşındığı, hərbçilərin simasındakı qorxu açıq-aşkar görünür.  Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində dünən 20 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər. Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 5 könüllü də məhz bu zonada ölüb. 
 
Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Həmin gün axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib. Ağdərənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Separatçı rejimin “Operativ qərargahı”nın yaydığı məlumata görə, ümumilikdə Azərbaycanla döyüşlər nəticəsində “Dağlıq Qarabağ ordusu” 29 hərbçi itirib, onların 7-si zabit və gizir, 22-si çavuş, sıravi və müqaviləli şəxslərdir. İtkin düşən hərbçilərin sayının 28, yaralıların sayının isə 101 nəfər olduğu deyilir. yaralılardan 20 nəfəri zabit və gizir, 81 nəfəri isə serjant, sıravi və müqavilə ilə xidmət edənlərdir. 



05.04.2016 22:11:38
Oxuma sayı: 4879