Saakaşvili: "Səhvlərimi düzəltmək üçün Gürcüstana qayıtmaq istəyirəm"
Ölçü:


"Gürcüstan paytaxtı Tbilisidə gənclərin ikigünlük etirazı milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi idarəetməsi nəticəsində yaranmış dərin dağıdıcı proseslərlə əlaqədardır".

Koordinat.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Hollandiyadan "Rustavi 2" telekanalının efirinə canlı bağlantı zamanı bildirib: "Bu gün Gürcüstanda işsizlik səviyyəsi xüsusilə də gənclər arasında fəlakət dərəcəsindədir. Eyni zamanda oliqarx İvanişvilinin qeyri-rəsmi idarəçiliyi şəraitində həll olunmayan xeyli sayda sosial problemlər var"

Mixeil Saakaşvili real müxalifətin faktiki məhv edilməsi və bununla da milyarder İvanişvili və onun komandasının hakimiyyətə gəlməsinə görə məsuliyyət hiss edib-etməməsi ilə bağlı suala da cavab verib. O qeyd edib ki, hakimiyyət dəyişikliyi onun şəxsi səhvləri səbəbindən baş verib: "Məhz bu səhvlərə görə Gürcüstana qayıtmaq və onları düzəltmək niyyətindəyəm".

Xatırladaq ki, Gürcüstanda M.Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb.
14.05.2018 12:18:49
Oxuma sayı: 647