İTV-nin yeni baş direktoru seçildi - 40 yaşlı direktor nazirin xalası oğludur
Ölçü:


İctimai Televiziyanın baş direktoru vəzifəsindən istefa verən Cəmil Quliyevin yerinə təyinat olub. Belə ki, bu vəzifəyə Balakişi Qasımov seçilib.

Koordinat.az
xəbər verir ki, Balakişi Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası tərəfindən 2010-cu ildə "İlin adamı" seçilib. 2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.
 
Yayılan məlumatlara görə, Balakişi Qasımov Vergilər Naziri Mikayıl Cabbarovun xalası oğludur.
 
11.05.2018 16:59:00
Oxuma sayı: 3585