Deputatdan baş bankirə tərs sual: “İnflyasiya xaricdən gəlirsə, daxildə bunu kim idxal edir?"
Ölçü:


“Azərbaycanda qiymət siyasəti yoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən işlər görülür, qiymətlərin müəyyən sabitləşdirilməsinə çalışılır. Amma nəticə yoxdur".

Koordinat.az xəbər verir ki, bunu Milli məclisin bu gün keçirilən iclasında Vahid Əhmədov deyib. Deputat bildirib ki, qiymətlərin qalxmasının səbəbi həm də neftin qiyməti ilə bağlıdır: "Neftin qiymətini büdcədə 45 dollardan götürmüşük, amma il ərzində neftin qiyməti orta hesabla 50-55 dollar olub. Bundan başqa, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo var. Bəs niyə qiymətlər dəyişmir? İnflyasiyanın səviyyəsi 13-14 faizdir. Qiymətlərin sürətlə dəyişməsinin müəyyən bazası olmalıdır: “Elman müəllim deyir ki, xaricdən inflyasiya idxal edirik. Yaxşı, bəs daxildə bu inflyasiyanı Azərbaycana kim idxal edir? Yağın qiyməti ilə əlaqədar cənab prezidenti guya inandırdılar ki, gömrük rüsumunu azaltmaqla yağın qiymətini azalda bilərik. Hanı bəs yağın qiyməti aşağı düşdü? Mən dünən uşaqlarımı göndərmişəm gedib marketdə baxıblar, amma yenə eyni qiymətdir. Yağın qiyməti yenə 18,20,24 manat arasında dəyişir. Mən yağı misal göstərməklə bir məhsulun qiymətini misal göstərdim. Amma hamısında eyni vəziyyətdir”. Deputat deyib ki, hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. “Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? “Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil.

Deputat Elman Rüstəmovun  Azərbaycanda pul qıtlığının olmaması ilə bağlı açıqlamasını xatırladıb. “Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3, 7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pullar? Ölkə iqtisadiyyatı 2017-ci ildə geriləyib. Bunun da səbəbi pul kütləsinin azlığıdır. “Bank Standard”ı bağladılar. Bu gün 40 minə qədər insan küçədədir. Onlar əmanətini ala bilmir. Bank sistemi ölkədə dağılır. Niyə camaatın pulunu vermirlər? Özü də bu nə siyasətdir ki, durub bankları bağlayırlar. Ondansa biz onların təmərküzləşməsinin tərəfdarıyıq”.
21.11.2017 18:31:00
Oxuma sayı: 1177