Türkiyə prezidentliyinə 6 namizəd var - SİYAHI
Ölçü:


Türkiyədə gələn ay keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin ilkin siyahısı açıqlanıb.

Koordinat.az xəbər verir ki, seçkilərə nəzarət edən Yüksek Seçim Kurulu (YSK) tərəfindən qeydiyyatdan keçirilmiş namizədlərin ilkin siyahısını “Resmi Gazete”də dərc olunub. Namizədlərin yekun siyahısı mayın 13-də elan edilməlidir.

İlkin siyahıya heç bir etiraz yoxdursa və ya YSK etirazları rədd edirsə, prezidentlik uğrunda yarış 6 namizəd arasında keçiriləcəkdir.

Namizədlər və onların mənsub olduğu partiyaların siyahısı aşağıdadır:
Prezident Recep Tayyip Erdoğan
millət vəkili Muharrem İnce
İstanbuldan millət vəkili Selahattin Demirtaş
İYİ partiyasının baş katibi Meral Akşener
Saadet Partiyasının baş katibi Temel Karamollaoğlu
Vatan Partiyasının baş katibi Doğu Perinçek

Türkiyədə prezident və parlament seçkiləri 24 iyunda keçiriləcək. Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.

Ötən il ölkənin prezidentlik idarə sisteminə keçirilməsi ilə bağlı konstitusiyaya dəyişikləri üzrə referendumda prezident Tayyip Recep Erdoğan az fərqlə qalib gəlmişdi.
11.05.2018 09:58:00
Oxuma sayı: 471