Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO
Ölçü:


Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Koordinat.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub. Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Xatırladaq ki, bu gün Heydər Əliyevin anadan olmasının 95 il ötür.
10.05.2018 09:56:00
Oxuma sayı: 913