Bir qrup incəsənət işçisi mükafatlandırıldı - 149 nəfərə Prezident mükafatı, 4 nəfərə fərdi təqaüd
Ölçü:


Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Koordinat.az xəbər verir ki, sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı 149 incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək.

İlham Əliyevin digər sərəncamı ilə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri veriləcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamlardan irəli gələn məsələləri həll etsin.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 2830 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 266) 1-ci hissəsi ləğv edilir.
09.05.2018 16:53:00
Oxuma sayı: 765