Rövşən Rzayev 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib - FOTO
Ölçü:


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün Böyük Vətən Müharibəsi veteranı, Cəbrayıl rayonundan məcburi köçkün olan 100 yaşlı I qrup əlil Əliyev Famil Abbas oğlu ilə görüşüb.

Komitədən Koordinat.az-a verilən məlumata görə, görüşdə komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov və Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev də iştirak ediblər. Komitə sədri Böyük Vətən Müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb.

Rövşən Rzayev Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştirakçılarının və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.

Qeyd edib ki, Famil Əliyevin müraciəti nəzərə alınaraq yaxın günlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün veterana təkliflər veriləcək.

Famil Əliyev ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
08.05.2018 23:37:00
Oxuma sayı: 1145