Paşinyanın iki seçimi: inkişaf arzulayırsa...
Ölçü:


“Nikol Paşinyan ikinci dəfədən baş nazir seçildi. Parlamentdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazırdır. Bu azdır, biz onu konstruktiv mövqeyə gətirməliyik. Onun iki yolu var, sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa keçmiş lideri Levon Ter-Petrosyan kimi münaqişənin “mərhələli həll planı”nı qəbul etməli, xələfləri kimi status-kvonun davamını istəyirsə əvvəlkitək İrəvanda erməni gənclərinin qəbirlərini qarşılamağa hazır olmalıdır. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var”.

Koordinat.az
xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, baş nazir Paşinyanın daxili siyasətdə atacağı addımlara onun geniş manevr imkanları yoxdur: “Komandasını və proqramını ayaqüstü formalaşdırmalı, islahalatlar aparmaq və sosial durumu normallaşdırmaq üçün əlavə resurslar tapmalıdır ki, o da kasıb Ermənistanda yoxdur, ağası Rusiya isə daha müftə pul vermək istəmir. Paşinyan küçənin vasitəsilə hakimiyyətə gəldi, ölkəsini uçurumdan qurtarmasa elə həmin küçənin təzyiqi ilə də yola salınacaq”.
08.05.2018 14:34:00
Oxuma sayı: 1253