İran neftin yeni növünü təklif edir
Ölçü:



İran neftin yeni markası olan “West Karoun” markasının tədarükünə başlamaq niyyətindədir.

Koordinat.az
xəbər verir ki, bu barərə bir neçə mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Yanacağın tədarükünün bu ilin may-iyun aylarında başlanılacağı düşünülür.

Yeni məhsulun hələ ki, sınaqlardan keçməməsi və şübhələr doğurması səbəbi ilə onun ilk məhsullarının “spot bazarı”nda satılacağı məlum olub.

Qeyd edək ki, spot bazarı məhsulun real satışının həyata keçirildiyi bazara deyilir. Yəni hazır məhsul, bir başa ödənişlə əldə edilir.
08.05.2018 17:13:00
Oxuma sayı: 759