Mərkəzi Bankın 42 milyard dolları valyuta ehtiyatı var
Ölçü:


“Dünyada ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Təkcə bitkiçilik deyil, heyvandarlıq məhsullarının da qiymət artıb. Ona görə də bu il inflyasiyanın yüksək olacağı gözlənilirdi”.

Koordinat.az
xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin iclasında 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, 2017- cilin iqtisadi quruculuq tarixində makroiqtisadi sabitliyin bərqərar olması, postneft dövrünə keçidin başlanğıcı kimi bir sıra amillərlə yadda qalacaq: “Neftin qiymətini 3 dəfə aşağı düşməsi, ümumi məhsulun 50 faiz dəyərindən çox həcmində ixrac potensialının itirilməsi istənilən iqtisadi sistem üçün çox ciddi çağırışdır. Monetar və fiskal siyasətin əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşdırılmasına şərait yaradıb. Tədiyyə balansında profisit cari ildə bərpa olunub. Mərkəzi Bankın ehtiyatları 42 milyard ABŞ dollarını ötüb. Manat ilin əvvəlindən 4 faiz , fevral ayından isə 6, 5 faiz möhkəmlənib. Hazırda bank aktivləri 20 faizdən çox olsa da biz kredit aktivliyini artmasını müşahidə etmirik. Cari ildə kreditlərin verilməməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Neft Fondundan büdcəyə gəlir 3 dəfə azaldılıb. Manatla pul bazası 11 faizdən çox artıb. Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verib. Milli valyutada yığımları dəstəkləmək üçün cari ildə uçot dərəcəsi dəyişməyib. Sərt xarici şok baş vermədiyi halda valyuta bazarında sabitlik qorunacaq”. 
21.11.2017 14:32:00
Oxuma sayı: 151