Dünən keçirilən sınaq imtahanının doğru cavabları açıqlanıb
Ölçü:


10-cu sinif şagirdləri üçün keçirilən sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən xəbərə görə, imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.  Hazırda imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılır.  Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
 
 Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
 
 Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
07.05.2018 15:23:32
Oxuma sayı: 840