Samir Şərifov: “Manatın məzənnəsi möhkəmlənib"
Ölçü:


Bu ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.

Koordinat.az
xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb".

Samir Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub". 
21.11.2017 14:02:31
Oxuma sayı: 153