İlkər Başbuğ: "Qarabağ probleminin tezliklə həll olunacağını görmürəm"
Ölçü:

"Qarabağ probleminin tezliklə bu məsələnin həll olunacağını görmürəm".

Koordinat.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi İlkər Başbuğ Bakıya səfəri çərçivəsində tanınmış jurnalist Aida Eyvazlı ilə söhbətində deyib. Ordu generalı "Xəzər" Universitetinin tələbələri qarşısında söylədiyi mühazirədən sonra "Hilton" otelindəki görüşdə jurnalistin "Qarabağ probleminin açarının yerini bilirsinizmi?" sualına belə cavab verib: "Mən bu barədə "Xəzər" Universitetində  konfransda da verilən sualları cavablandırarkən dedim ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.1915-ci ildə də, 1918-ci ildə də Azərbaycana yardım edib. O zamanlar Rusiya Azərbaycana bu qədər girməmişdi, siyasi mənzərə də belə deyildi. Ona görə də 100 il bundan əvvəl daha tez köməyə gələ bilirdi. İndi isə dünyanın siyasi mənzərəsi dəyişib, ona görə də Qarabağ məsələsi bir düyün olaraq qalır. Arada maraqlı olan dövlətlər var. O dövlətlər olmasa, Türkiyə həmən bu problemin çözülməsində birinci olar. Ancaq çox istəyərdik ki, bu məsələ tez həll olunsun. Mən isə belə tezliklə bu məsələnin həll olunacağını görmürəm".

İlkər Başbuğ Azərbaycanın çox böyük sınaqlar qarşısında olduğunu söyləyib: "Həm müharibə aparmaq, həm dövləti qurmaq çətin məsələdir.  Ordunu ayaqda tutmaq, əsgərin qayğısına qalmaq çöx böyük məsuliyyətdir. Çünki əsgər Vətəni qoruyur. Azərbaycan əsgəri onu düşünsün ki, hər şeyin sonu yaxşı olacaq! O zaman qələbə də uzaqda olmur".
 
06.05.2018 11:23:45
Oxuma sayı: 783