Sənaye məhəllələri vergilərdən azad olunmayasdı...
Ölçü:


"Son illərdə Azərbaycanda bir sıra yeni sənaye müəssisələri yaranıb: “Hesab edirəm ki, onlara innovativ yeniliklər tətbiq edilməlidir və təkmilləşdirilməlidir".

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib. Deputat bildirib ki, sənaye parklarında 600 milyon manatlıq məhsul istehsal olunub: "Bu gün Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyini təmin edən nəqliyyat sistemi var. Onun sözlərinə görə,  Azərbaycan nəqliyyatının yeni strategiyasının hazırlanması bu işdə böyük rol oynayır: "Azərbaycanda texnoparklar, sənaye məhəllələri vergilərdən azaddır. Bunlar vergidən azad olmayasdı, büdcənin gəlirləri daha çox olardı. İqtisadi potensial artdıqca, belə müəssilərin vergidən azad olması halları aradan qalxacaq”.

Komitə sədri qeyd edib ki, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək:  "Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 milyard. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 milyard manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ilə təsadüf edir. Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 milyard manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik. Belə bir yanaşma Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialın möhkəmlənməsi, yaradılan yeni müəssisələr, yeni iş yerləri və sairin nəticəsində mümkün olub".
21.11.2017 12:59:00
Oxuma sayı: 179