Bəşər Əsəd Rusiyaya gəldi - Putinlə Soçidə təntənəli görüş - FOTO
Ölçü:


Suriya prezidenti Bəşər Əsəd Rusiyaya işgüzar səfərə gəlib.

Koordinat.az xəbər verir ki, Bəşər Əsəd səfər çərçivəsində Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Rusiya prezidenti suriyalı həmkarını terrorizmlə uğurlu mübarizəyə görə təbrik edib. Onun sözlərinə görə, Suriya xalqı çox ağır sınaqdan keçir və terrorçuların darmadağın edilməsinə yaxınlaşır.

Əsəd isə öz növbəsində iki il ərzində Rusiya Kosmik Qüvvələri sayəsində qazanılan uğurların aydın olduğunu və ölkə əhalisinin çox hissəsinin artıq öz evlərinə geri qayıtdığını bildirib. O, Rusiyanın birbaşa dəstəyi sayəsindəı Suriyanın dövlət kimi xilas olduğunu söyləyib.

Görüş zamanı Putin həmçinin Suriya prezidentinə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyini təqdim edib. Putin qeyd edib ki, Suriyada hərbi əməliyyatlar başa çatmaqdadır: “Terrorçuluqda mübarizə sahəsində tam qələbə qazanmağa, əlbəttə, hələ çox var. Suriya ərazisindəki terrorçularla mübarizə sahəsində birlikdə keçirilən hərbi əməliyyatlar isə həqiqətən sona çatır”.

Rusiya prezidenti Suriya məsələsi ilə bağlı danışarkən, savaşa tezliklə yekun nöqtənin qoyulacağını bildirib.
21.11.2017 10:24:57
Oxuma sayı: 1733