Ali məktəblərə sənəd qəbulu başa çatdı - I qrupu seçənlər daha çoxdur
Ölçü:


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu dünən gecə başa çatıb.

Koordinat.az
Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, yaz imtahanına sənəd verənlərin sayına görə ilk yeri I qrup tutur.

Azərbaycan bölməsi üzrə:
I  qrup - 25824
II qrup - 15595                            
III qrup - 17852
IV qrup - 4513

Rus bölməsi üzrə:
I qrup - 2213
II qrup - 1654
III qrup - 1443
IV qrup - 569

Bunların cəmi:
I qrup - 28037
II qrup - 17249
III qrup - 19295
IV qrup - 5082
 
Yay imtahanlarına sənəd verənlərin sayı bu qədərdir:

Azərbaycan bölməsi üzrə:
I  qrup - 514
II  qrup - 302
III qrup  - 563
IV  qrup - 152

Rus bölməsi üzrə:
I  qrup - 27
II qrup - 50
III  qrup - 38
IV  qrup - 7

Bunların cəmi:
I  qrup - 541
II  qrup - 352
III  qrup - 601
IV  qrup - 159
V qrup və tam orta ixtisas təhsili üzrə qeydiyyatdan keçənlərin sayı 87535 nəfərdir.

10 iyun tarixində keçirilən imtahanda iştirak edəcək (aprelin 10-dan sonra ərizələrini təsdiq edən və ya ümumi orta təhsil səviyyəsi üzrə də rus bölməsinə ərizə verib aprelin 22-də bu səviyyə üzrə keçirilən Azərbaycan dili fənni imtahanında iştirak edən) abituriyentlərin sayı  591 nəfərdir

2017-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı   626 nəfərdir.
 
01.05.2018 10:39:00
Oxuma sayı: 715